Ağıllı şəhər
Ağıllı şəhər — məlumat toplamaq üçün müxtəlif növ elektron lot sensorlarından (əşyaların interneti) istifadə edən və sonra subyektləri, resursları və xidmətləri səmərəli idarə etmək üçün əldə edilən bu məlumatlardan istifadə edən yaşayış məskənidir. Ağıllı şəhər texnologiyaları yol infrastrukturu və nəqliyyat sistemləri, elektrik stansiyaları, kommunal xidmətlər, su şəbəkələri, tullantıların idarə edilməsi, asayişin qorunması və təhlükəsizlik, informasiya sistemləri, məktəblər, kitabxanalar, xəstəxanalar və digər ictimai xidmətlərə nəzarət etmək və idarə etmək üçün vətəndaşlardan, cihazlardan və digər subyektlərdən məlumatların toplanmasını və analizini, həmçinin çevik və dəqiq həll yollarını təmin edir. Ağıllı şəhər konsepsiyası şəhərin gündəlik fəaliyyətini və xidmətlərinin səmərəliliyini optimallaşdırmaq, vətəndaşlarla qarşılıqlı əlaqə yaratmaq üçün informasiya və kommunikasiya texnologiyalarının və IoT şəbəkəsinə qoşulmuş müxtəlif fiziki cihazları inteqrasiyasıdır. Ağıllı şəhər texnologiyası şəhər rəhbərliyinə həm icma, həm də şəhər infrastrukturu ilə birbaşa əlaqə və şəhərdə baş verənləri və şəhərin necə inkişaf etdiyini izləmə imkanı verir. Bu tip şəhərlərdə İKT şəhər xidmətlərinin keyfiyyətini, səmərəliliyini və qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq, xərcləri və resurslara asılılığı azaltmaq, vətəndaşlarla hökumət arasında əlaqəni artırmaq üçün istifadə olunur. Ağıllı şəhərlərdə istifadə olunan proqramlar şəhər axınlarını idarə etmək və real vaxt rejimində reaksiya vermək üçün hazırlanmışdır. Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla işləyir. Bu ağıllı cihazlar telefonlar ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər.
== Xüsusiyyətləri ==
=== Yollardakı tıxaclar və nəqliyyat problemlərinin azaldılması ===
Yollardakı tıxaclar bir çox şəhər əhalisinin ümumi problemidir, lakin texnologiya sayəsində perspektivli həllər artır.